Üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Hindarx qəsəbə sakini X.Əsədov saxlanılmışdır
31.01.2019Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Hindarx qəsəbə sakini X.Əsədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən çəkisi 1 kiloqram 660 qram marixuana da aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.