Üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Salyan rayonunun Kurqaraqaşlı kənd sakini Elşən Ağabəyov saxlanılmışdır
31.01.2019Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Kurqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Elşən Ağabəyov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 460 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.