Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əkbərov saxlanılmışdır

31.01.2019

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılmışdır. Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Araşdırma aparılır. 


31.01.2019 tarixinə olan kriminal məlumatlar