Gədəbəy rayonunun Novo-İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.01.2019Yanvarın 17-də saat 16 radələrində Gədəbəy rayonunun Novo-İvanovka kəndi ərazisində rayon sakini Şahin Yusifov idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurmuşdur. Nəticədə avtomobildəki sərnişin Əsginaz Əliyeva hadisə yerində ölmüşdür.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.