Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.01.2019Yanvarın 17-də saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.