Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

17.01.2019

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.  

Daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bahadur Şirinovdan “Steçkin” markalı tapança, 2 ədəd patron darağı və 33 ədəd patron götürülüb.

Sabirabad RPŞ-nin əməkdaşları Suqovuşan kənd sakini Mansur Zərbəliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürüblər.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini N.Mahmudov tapdığı lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.