Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Talıb Hüseynəliyev saxlanılıb
30.12.2018Dekabrın 29-na keçən gecə Bakı şəhər sakini Ələddin Məhərrəmova məxsus “Niva” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olmuşdur.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə həmin avtomobilin üzərinə kustar üsulla hazırlanmış nömrə taxılaraq idarə edilməsi müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi Badamdar qəsəbəsinin ərazisində Bakı ŞBPİ DYPİ və Xətai RPİ 35-ci Polis Bölməsinin əməkadaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı ona məxsus dövlət qeydiyyat nişanları aşkar edilmişdir.Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Talıb Hüseynəliyev saxlanılaraq Xətai RPİ-yə təhvil verilmişdir.
Araşdırmalarla onun dekabrın 23-nə keçən gecə Bərxudar İbadova məxsus “Niva” markalı avtomobili qaçırması və dövlət qeydiyyat nişanlarını çıxardıqdan sonra Xətai rayonu ərazisində ataraq getməsi də müəyyən edilmişdir.