Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.12.2018Dekabrın 30-da saat 12 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şərur rayon sakini Hüseyn Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Şahsənəm Qarayevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.