Yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür
30.12.2018Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri reydlər nəticəsində metronun “Nəriman Nərimanov” stansiyasının çıxışında Bakı şəhər sakini C.Allahverdiyevdən 4225 ədəd, Naxçıvanski küçəsində yerləşən bazarda isə Cəlilabad rayon sakini A.İmanovdan 1817 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.