Gün ərzində 137 cinayət faktı qeydə alınmışdır
27.12.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.