Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs saxlanılıb

27.12.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

Dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

27.12.2018 tarixinə olan kriminal məlumatlar