Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Metronun "Gənclik" stansiyasının platformasında bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən H.Hüseynov saxlanılıb

27.12.2018

Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın dekabrın 24-də metronun “Gənclik” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.  

Faktla bağlı araşdırma aparılır.

27.12.2018 tarixinə olan kriminal məlumatlar