Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

19.12.2018

Nəsimi RPİ 19-cu Polis Şöbəsinə müraciət edən Bakı  şəhər sakini Ə.Əhmədov Cavadxan küçəsində cibindən 500 manatının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən    Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.