Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

19.12.2018

Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın  yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən  Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.