Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

19.12.2018

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini R.Hüseynli “Browning” markalı tapançanı, 2 ədəd patron darağını və 6 ədəd patronu könüllü olaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil verib.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bağırbəyli kənd sakini Vüqar Cəbrayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.