Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

19.11.2018

Şəmkir şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında rayon ərazisində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy rayon sakini Vüsal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 12 qramdan artıq marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Şəmkir şəhərindəki evindən isə əlavə olaraq çəkisi 2 kiloqram 156 qrama yaxın marixuana da götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

19.11.2018 tarixinə olan kriminal məlumatlar