Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.11.2018Noyabrın 19-da saat 23 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurmuşdur. Nəticədə S.Vəliyevin sərnişini, arvadı Gülgəz hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.