Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Rasim Qasımov saxlanılmışdır
19.11.2018Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 qadının pulqabısından pul, 1 nəfərin velosipedini, 1 ev alqı-satqı ofisindən, 1 mağazadan, 1 həyətyanı sahədən, 2 avtomobildən pul, sənəd, ev quşu, mobil telefon və spirtli içki oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə məhkum olunmuş Rasim Qasımov saxlanılmışdır.