520 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Goranboy rayonunun Səmədabad kənd sakini Əli Məmmədov saxlanılmışdır
19.11.2018Noyabrın 19-da Goranboy rayonunun Həmənli kəndindəki evlərin birindən 520 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Səmədabad kənd sakini Əli Məmmədov saxlanılmışdır.