Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi C.Babayevə xəsarət yetirib hadisə yerini tərk etmiş Bakı şəhər sakini V.Şərifov saxlanılmışdır

17.11.2018

Noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk etmişdir.

Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölmüşdür.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılmış, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.