Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini E.Salehov vurulmuşdur
17.11.2018Noyabrın 17-də saat 3 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elman Salehov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.