Sumqayıt şəhəri ərazisində “Range Rover” markalı avtomobillə Xızı rayon sakini A.Məmmədov vurulmuşdur
17.11.2018Noyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Şabran rayon sakini Nazim Həmidov idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən Xızı rayon sakini Arif Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.