Soyğunçuluq etməkdə şübhəli bilinən Masallı şəhər sakini Mikayıl Novruzov saxlanılmış, ondan 1 ədəd bıçaq götürülmüşdür
19.10.2018Oktyabrın 19-da Masallı şəhəri ərazisində naməlum şəxs Ağcabədi rayon sakini Etibar Qurbanovu bıçaqla hədələyib pulunu və mobil telefonunu almışdır.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Novruzov saxlanılmış, ondan 1 ədəd bıçaq götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılıb.