Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 111 cinayət faktı qeydə alınmışdır

19.10.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 11 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.