Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində...

19.10.2018

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin “Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan “BUM” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Mirzəyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 5 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.