Sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq sonradan onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs yaxalanıb
04.10.2018Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq sonradan onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.
DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan qadın avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20.000 manat dəyərində qızıl əşyalarını aldığını bildirib.
Məlumatla əlaqədar dərhal Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.