Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü R.Xanvəliyev saxlanılmışdır

04.10.2018

Sentyabrın 3-də saat 22 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bərdə rayon sakini İsmayıl İsmayılzadə vurulmuşdur.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rizvan Xanvəliyev saxlanılmışdır.