Nərimanov rayonu ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılmışdır
04.10.2018Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Rövşən Məmmədov saxlanılmışdır.