Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir

27.09.2018

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Sentyabrın 24-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ovla məşğul olan Cəlilabad rayon sakinləri Səfər Əhmədov və Çingiz Əliyev saxlanılıblar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulması) maddəsinə əsasən protokollar tərtib olunub və hər biri 500 manat məbləğində cərimə ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

27.09.2018 tarixinə olan kriminal məlumatlar