Gəncə şəhərinin Nizami rayonu ərazisində 4 avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Məmmədov saxlanılmışdır
27.09.2018Cari il iyunun 11-dən sentyabrın 6-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən akkumulyator, fara və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nadir Məmmədov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.