Axtarışda olan şəxs saxlanılıb
27.09.2018Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Timur Səfərov saxlanılaraq istintaqa təhvil verilib.