Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qoyun oğruları saxlanılıblar

23.09.2018

Mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Sentyabrın 22-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan tədbirlərlə oğurluğun Sumqayıt şəhər sakinləri olan 3 nəfər tərəfindən törədildiyi qısa zamanda müəyyən edilib.

Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birgə  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhərinin ərazisində saxlanılıblar.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb.  

Faktlarla bağlı araşdırmalar aparılır.