Şəmkir rayonunun Abbaslı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.09.2018Sentyabrın 23-də saat 23 radələrində Şəmkir rayonunun Abbaslı kəndi ərazisində Aşağı Seyfəli kənd sakini Yalçın Babayevin idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Elvin Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Y.Babayev və sərnişinlərindən Daşkəsən rayon sakini Hafiz adlı şəxs hadisə yerində ölmüş, hər iki avtomobilin 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.