Gün ərzində 74 cinayət faktı qeydə alınmışdır
23.09.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınmış, onların da 9-u “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılmışdır.