Gün ərzində 101 cinayət faktı qeydə alınmışdır
11.09.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılmışdır.