Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi qətlə yetirməkdə şübhəli bilinən Bahadur Cəfərov saxlanılmışdır

11.09.2018

 Sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılmışdır.

11.09.2018 tarixinə olan kriminal məlumatlar