Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakinləri Rəşad Abbaszadə, Vasif Ağayev, İsmət Vəliyev və Ceyhun Mirzəyev və Siyavuş Həmzəyev saxlanılmışlar
11.09.2018Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-dan cari il avqustun 10-dək olan müddətdə rayon ərazisindəki 3 evdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Rəşad Abbaszadə, Vasif Ağayev, İsmət Vəliyev və əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyev və Siyavuş Həmzəyev saxlanılmışlar.