Gün ərzində 123 cinayət faktı qeydə alınmışdır
08.09.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 123 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılmışdır.