Göyçay rayon sakini Nəsib Məmmədov və Bakı şəhər sakini Rəhim Rzayev saxlanılıblar
08.09.2018Sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildirmişlər.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilmişdir.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılmışdır.