Qəbələ rayonunun Həmzəli kənd sakini Vüqar İsmayılov yerləşdirildiyi xəstəxanada ölmüşdür
08.09.2018Sentyabrın 6-da saat 21 radələrində Qəbələ şəhəri ərazisində Həmzəli kənd sakini Vüqar İsmayılov idarə etdiyi “Nissan” markalı avtomobili yolu kənarındakı elektrik dirəyinə vurmuşdur. Nəticədə sürücü və sərnişini xəstəxanaya yerləşdirilmişdir. Sentyabrın 8-də V.İsmayılov orada ölmüşdür.