Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayon sakini Nəsib Məmmədov və Bakı şəhər sakini Rəhim Rzayev saxlanılıblar

08.09.2018

Sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildirmişlər.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılmışdır.