Nəsimi rayonu ərazisində yaşayan S.Truxanova zor tətbiq edərək pulunu almaqda şübhəli bilinən E.Hüseynov saxlanılmışdır
03.09.2018Sentyabrın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs həmin ərazidə yaşayan Sergey Truxanova zor tətbiq edərək 28 manatını almışdır.
19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Hüseynov saxlanılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.