Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

03.09.2018

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunmuş Tural Məhərrəmov saxlanılmışlar.

Ətraflarında keçirilmiş tədbirlərlə onların cari il mayın 18-də və avqustun 11-də rayon ərazisindəki 1 kompyuter oyunları salonundan və 2 avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.