Füzuli rayon sakini S.Niftəliyev idarə etdiyi avtomobillə piyadanı vurmuşdur
03.09.2018Sentyabrın 2-də saat 20 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində kənd sakini Sahib Niftəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Mahmudlu kənd sakini Nüsrət Ağayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 3-də orada ölmüşdür.