Bakı şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu açıq talama yolu ilə almaqda şübhəli bilinən F.Məmmədov saxlanılmışdır
30.08.2018Avqustun 30-da Nərimanov rayonunun A.Nemətulla küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu açıq talama yolu ilə almışdır.
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Famil Məmmədov saxlanılmışdır.