Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki müəssisələrin birinə məxsus anbardan 13 ədəd hidravlik cihaz oğurlamaqda şübhəli bilinən T.İsmayılov saxlanılmışdır
30.08.2018Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da Sahil qəsəbəsi ərazisindəki müəssisələrin birinə məxsus anbardan 390 manat dəyərində 13 ədəd hidravlik cihaz oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Tahir İsmayılov saxlanılmışdır.