Xətai rayonu ərazisində 3 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən yeniyetmə saxlanılmışdır
30.08.2018Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin iyun-avqust ayları ərzində rayon ərazisində 3 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ağdam rayon sakini olan bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 3 avtomobildən pul və məişət əşyaları, habelə bir nəfərin mobil telefonunu oğurlaması müəyyən edilmişdir.