Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qusar rayonu ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən B.Nurullayev saxlanılmışdır

29.08.2018

Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bəhruz Nurullayev saxlanılmışdır.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Qusar şəhər sakinləri, əvvəllər  məhkum olunmuş Nadim Ağaxanov və Şıxzada Şıxıyevlə birgə  rayon ərazisindəki daha bir evə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetirib oradan 1200 manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilmişdir.

Görülmüş tədbirlərlə N.Ağaxanov saxlanılmış, Ş.Şıxıyevin isə ötən ilin mayında Rusiya Federasiyası ərazisində xəstəlikdən ölməsi müəyyən edilmişdir.

29.08.2018 tarixinə olan kriminal məlumatlar