Münaqişə zəminində Sumqayıt şəhər sakini B.Allahverdiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş A.Rəşidov saxlanılmışdır
29.08.2018Avqustun 29-da Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində şəhər sakini Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidov saxlanılmışdır.