Ağcabədi şəhəri ərazisində “Hyundai” və “Ford” markalı avtomobillər toqquşmuşdur
29.08.2018Avqustun 28-də saat 16 radələrində Ağcabədi şəhəri ərazisində Xocavənd kənd sakini Təyyar Bəşirovun idarə etdiyi “Hyundai” və Bərdə rayon sakini Fariz Musayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuşdur. Nəticədə F.Musayev və T.Bəşirov xəstəxanaya yerləşdirilmiş, sonuncu avqustun 29-da orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.